Azərbaycanlı hücumçunu niyə alan yoxdur? - Avropa klubunun rəhbərliyi narahatdır

18:10 Gündəm 197
Azərbaycanlı hücumçunu niyə alan yoxdur? - Avropa klubunun rəhbərliyi narahatdır

“Motor”un azərbaycanlı hücumçusu Renat Dadaşovun taleyi hələ də qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az Polşaimətbuata istinadən xəbər verir ki, forvard Lublin klubu tərəfindən bir ay əvvəl transferə çıxarılsa da, hələ də düşərgədədir.

“Motor” Dadaşovla yanaşı, daha iki oyunçusunun gedişinə müsbət rəy verib. Lakin onların hələ də yola salınmaması rəhbərliyi narahat edir.

Polşalılar özünə yeni komanda tapması üçün Renat da daxil olmaqla hər üç futbolçuya vaxt verib.

Millimizin hücumçusunun indiki məqamda keçmək ehtimalı ən yüksək olan klub isə “Zirə” göstərilir. Amma qəsəbə təmsilçisi millimizin üzvünü yüksək maaş tələblər üzündən heyətinə qata bilmir.

Renat Dadaşovun “Motor”la müqavilə müddəti yaya qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti