Bu gün Qurban Qurbanovun kinosu göstəriləcək - “Stadionlar səssiz olanda”

13:20 Gündəm 141
Bu gün Qurban Qurbanovun kinosu göstəriləcək -  “Stadionlar səssiz olanda”

Nizami Kino Mərkəzində Azərbaycan futbolunun canlı əfsanəsi Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz olanda” idman dramı nümayiş olunacaq.

Sportinfo.az xəbər verir ki, azarkeşlərin ekran əsərini fevralın 7-də izləmək imkanı olacaq.

Film onun XX əsrin 80-ci illərindən başlayan həyat yolunu, futbolçu və baş məşqçi kimi formalaşmasını, Çempionlar Liqasına qədər uzanan peşəkar karyerasını əks etdirir.

Rejissor ekran işində Qurban Qurbanovun əzm, liderlik və uğur hekayəsini dərin və təsirli formada əks etdirib.

Qiyməti 10 manata olan biletləri yalnız şəhərin kassalarından fiziki bilet olaraq və ya iTicket.az saytından (həmçinin tətbiqindən) QR bilet formasında əldə etmək mümkündür.

QR biletlər tədbirdən 12 saat əvvəl aktiv olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti