Azərbaycandan “Arsenal”ın məşhur oyunçusuna SİRPRİZ TƏKLİF!

16:00 Gündəm 356
Azərbaycandan “Arsenal”ın məşhur oyunçusuna SİRPRİZ TƏKLİF!

«Arsenal»ın məşhur sabiq oyunçusu Filipp Senderos Azərbaycandan dəvət alıb.

AFFA 2003-2010-cu illərdə «topçular»ın formasını geyinmiş keçmiş müdafiəçiyə təklif göndərib.

Federasiyadan əldə etdiyimiz məlumata görə, isveçrəli texniki direktor postunu tuta bilər. Əgər danışıqlar baş tutsa, 40 yaşlı avropalı bu vəzifədə Cahangir Həsənzadəni əvəzləyəcək.

Sonuncu uzun müddətdir AFFA-da çalışır. Elxan Məmmədovun kadrının qurumdan uzaqlaşdırılması gün və ya ay məsələsidir.

Xeyli zamandır yerinə namizəd axtarılır. Eks baş katibin ən yaxın adamı AFFA-nın yeni rəhbər komandasının etimadını itirdiyi üçün gedişi seçimə bağılıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti