Azərbaycan yığmasının və «Qarabağ»ın sabiq yarımmüdafiəçisi Qara Qarayevə ağır itki üz verib.
Yaxınlarda futbolçu karyerasını bitirən və gənclər millisində analitik olaraq işə başlayan Qarayev atasını itirib.
Onun valideyni bir qədər öncə dünyasını dəyişib.
Qaranın 68 yaşlı atası bir müddət əvvəl infarkt keçirib və komaya düşüb. 20 günə yaxın idi ki, xəstəxanaya yerləşdirilmişdi.
Beyin ölümü keçirə mərhum özünün vəsiyyətinə əsasən, Füzulidə torpağa tapşırılacaq.
ALLAH RƏHMƏT ELƏSİN!

