Millimizin hücumçusunu istəyən klublar var - Maaş problemə döndü

02:00 Gündəm 87
Millimizin hücumçusunu istəyən klublar var - Maaş problemə döndü

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov hələ də özünə yeni komanda tapa bilməyib.

Hazırda məxsus olduğu “Motor” onunla yollarını ayırmaq istəyir və bu barədə futbolçunu da məlumatlandırıb.

Lakin Dadaşova təkliflər olsa da, onun istədiyi maaşı ödəyən klublar yoxdur.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, yığma komandamızın hücumçusunun hazırda ən real variantı Türkiyədəndir.

Belə ki, onun xidmətində birinci liqada çıxış edən klublar maraqlıdır. Hazırda Dadaşov məhz bu təklifləri dəyərləndirmək istəyir.

Eyni zamanda isə “transfer pəncərəsi”nin sonuna qədər gözləməyi, yeni gələcək təkliflərin ola biləcəyini əsas götürərək, tələsik qərar verməməyi üstün tutur.

Renat özü Azərbaycanda çıxış etməyə razı olsa da, maaşına görə ona yaxın duran klub olmamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!