Azərbaycan millisinin oyunçusu Bundesliqa klubunda

01:00 Gündəm 121
Azərbaycan millisinin oyunçusu Bundesliqa klubunda

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla Almaniyada komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, o, Bundesliqada Gənclər Liqasında mübarizə aparan “Berliner”in U-19 komandasına keçib.

Yığma üzvü hazırda yeni komandası ilə birgə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında iştirak edir.

Berlin təmsilçisi yoxlama matçlarında Rusiyanın “Krasnodar” və “Spartak” (Moskva) klubları ilə üz-üzə gələcək.

Zeyd Nəsirulla bunadək “Herta Zelendorf”un U-19 komandasında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!