"Liverpul"un iki müdafiəçisi "Qarabağ"la matça çıxmayacaq

28 Yanvar 17:20 Gündəm 721
"Liverpul"un iki müdafiəçisi "Qarabağ"la matça çıxmayacaq

"Liverpul" Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la matçınaa ciddi itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, İngiltərə çempionunun müdafiəçiləri Co Qomeslə İbrahima Konate komandaya kömək edə bilməyəcək.

Bu barədə baş məşqi Arne Slot məlumat verib.

Qomes Premyer Liqanın 23-cü turunun "Bornmut"la matçında (2:3) zədələnib. Konatenin isə atası dünyasını dəyişib. Buna görə də baş məşqçi fransalı futbolçuya icazə verib.

"Liverpul" - "Qarabağ" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM