Portuqaliya klubu baxışdan keçən azərbaycanlı gənci bəyəndi - SON DƏQİQƏ

10:40 Gündəm 360
Portuqaliya klubu baxışdan keçən azərbaycanlı gənci bəyəndi - SON DƏQİQƏ

“Asadov Pro Bridge” agentliyinə məxsus perspektivli gənc futbolçu Nazim Hüseynov Portuqaliyanın “FC Famalikao” klubunun akademiyasında təşkil olunan baxış prosesində iştirak edib.

O, baxışın ilk 3 günü ərzində U-19 komandası ilə birlikdə məşqlərə çıxıb.

Həm məşq prosesində, həm də yoldaşlıq oyununda göstərdiyi performansa əsasən, dördüncü gündən etibarən klubun U-23 komandasına cəlb olunub.

U-23 ilə keçirdiyi növbəti məşq günlərində Nazim istər məşqçilər heyətinin, istərsə də komanda yoldaşlarının etimadını qazanmağı bacarıb. İntizamı, oyunu “oxuma” bacarığı və texniki keyfiyyətləri ilə seçilib.

Xüsusilə sol ayağının keyfiyyəti, topa nəzarəti və hücumda kreativ qərarları məşqçilər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Məhz bu səbəbdən tərəflər yay transfer dövrü üçün perspektiv müqavilə ehtimalları üzərində danışıqlar aparmaq qərarına gəliblər.

Qeyd etmək lazımdır ki, Nazim Hüseynovla bağlı maraq yalnız “Famalikao” akademiyası ilə məhdudlaşmır.

Hazırda Portuqaliyadakı digər klub akademiyaları da mümkün variantlar sırasında yer alır və yay aylarında onlarla yenidən danışıqların aparılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, “Asadov Pro Bridge” agentliyi tərəfindən Nazim Hüseynov üçün Portuqaliya bazarında baxışların təşkili üzrə işlər 3–4 ay öncə başlanıb və bu proses qarşılıqlı etimad və razılaşma əsasında mərhələli şəkildə həyata keçirilib.

Məqsəd təkcə qısa müddətli baxış deyil, oyunçunun Avropa futboluna uyğunlaşdırılması və uzunmüddətli inkişaf yolunun qurulmasıdır.

Nazim Hüseynov əsasən “10 nömrə” mövqeyində çıxış edən, oyunu idarə edə bilən və hücumda fərq yaradan futbolçudur.

Bu mövqenin Azərbaycanda bəzən yetərincə dəyərləndirilməməsi onun üçün müəyyən çətinliklər yaratsa da, Portuqaliya futbol mühitində Nazimin istedadına göstərilən inam həm oyunçu, həm də agentlik üçün ciddi ümidlər doğurur.

Hazırda Nazim üçün əsas prioritet maksimum səviyyədə inkişaf etmək, fiziki və taktiki baxımdan yay aylarına tam hazır olmaqdır. Qarşıdakı mərhələ onun karyerasında həlledici rol oynaya bilər.

Bu addım “Asadov Pro Bridge” və FIFA lisenziyalı agent Emil Asadovun qlobal fəaliyyət strategiyasının növbəti real nəticələrindən biri kimi qiymətləndirilir.

Agentliyin əsas məqsədi azərbaycanlı gənc futbolçular üçün Avropa bazarına planlı, şəffaf və peşəkar keçidlər təşkil etməkdir və Nazim Hüseynovun Portuqaliya yolu bu strategiyanın davamı olaraq dəyərləndirilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!