Bu cür havada “Qarabağ” üçün yaradılan şəraiti görün - FOTOLAR

21 Yanvar 09:00 Gündəm 15 395
Bu cür havada “Qarabağ” üçün yaradılan şəraiti görün - FOTOLAR

“Qarabağ” - “Ayntraxt” qarşılaşması keyfiyyəti ideala yaxın qazonda baş tutacaq.

Son günlər ölkəmizdə müşahidə olunan yağışlı, küləkli və soyuq hava şəraitinə baxmayaraq, Tofiq Bəhramov adına Respublika stadionunun örtüyü gözəgəlimli vəziyyətdədir.

Bu, “Qarabağ”ın stadionda çalışan əməkdaşlarının səyi nəticəsində reallaşıb.

Gecələrini gündüzlərinə qatıb çalışıblar ki, Liqa mərhələsinin Bakıda keçirilən son qarşılaşması zamanı “Qarabağ” meydan amilindən əziyyət çəkməsin.

Əvvəlki illərdə qış aylarında Respublika stadionunun örtüyü ürək bulandırırdısa, bu dəfə kifayət qədər fərq var.

Düzdür, bəzi yerlərdə saralmalar müşahidə olunur. Lakin bunu ciddi nöqsan saymaq olmaz.

Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Ayntraxt” matçının start fiti saat 21:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar