Saatlıq iş rejimi Azərbaycanda nə vaxt tətbiq olunacaq?

16 Dekabr 2025 07:30 Gündəm 536
Saatlıq iş rejimi Azərbaycanda nə vaxt tətbiq olunacaq?

"Saatlıq iş rejiminin tətbiqi ilə bağlı artıq iki ilə yaxındır ki, müzakirələr aparılır və bu, konsepsiyada əsas istiqamətlərdən biri kimi qeyd olunub".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə, bu mexanizmin tətbiqi, xüsusən inkişaf etmiş ölkələrdə praktikadan keçirildiyini nəzərə alaraq, Azərbaycanda da məqsədəuyğundur:

"Mexanizm tam hazır olduqdan sonra onun tətbiqi mümkün olacaq. Müzakirələrin rəsmi səviyyədə davam etməsi Azərbaycanın saatlıq iş rejiminə keçidi planlaşdırdığını göstərir. Tətbiqin vaxtı isə mexanizmin hazır olmasından asılıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"