“Neftçi” ilə anlaşa bilmədi, millidə işləyəcək - Maaşı 20 min avro olacaq

17:20 Gündəm 235
“Neftçi” ilə anlaşa bilmədi, millidə işləyəcək - Maaşı 20 min avro olacaq

“Neftçi” ilə anlaşa bilməyən Viktor Qonçarenko Belarus millisinin yeni baş məşqçisi olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov özünün Telegram kanalında məlumat yayıb.

48 yaşlı mütəxəssisin Belarus Futbol Federasiyası ilə 2027-ci ilin dekabrına qədər nəzərdə tutulan müqavilə şərtlərini razılaşdırdığı bildirilir. Məlumata görə, Qonçarenkonun aylıq maaşı 20 min avro olacaq. Müqavilənin 20 dekabrdan sonra rəsmi şəkildə imzalanması gözlənilir.

Xatırladaq ki, dekabrın 4-də Belarus millisinin baş məşqçisi vəzifəsini ispan mütəxəssis Karlos Aos tərk edib. O, 2023-cü ilin avqustundan etibarən komandaya rəhbərlik edib və bu müddətdə milli komanda 26 oyun keçirib: 6 qələbə, 10 heç-heçə və 10 məğlubiyyət.

Dekabrın 2-də “Sport-Ekspress” nəşri Viktor Qonçarenkonun “Neftçi”nin baş məşqçisi ola biləcəyi barədə məlumat yaymışdı.

Viktor Qonçarenkonun son iş yeri Rusiyanın “Pari NN” klubu olub. Belaruslu mütəxəssis Nijni Novqorod təmsilçisini 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti