“Qarabağ”dan hansı qiymətə almışdılarsa, o məbləğə də satırlar - Bu kluba

00:50 Gündəm 142
“Qarabağ”dan hansı qiymətə almışdılarsa, o məbləğə də satırlar - Bu kluba

“Flamenqo” hücumçusu Juninyonu satmağa hazırlaşır.

Sportinfo.az bu haqda “Globo” nəşrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Rio təmsilçisi bu transferlə bağlı Meksikadan “Pumas”a razılaşdırmağa yaxındır. Müqavilənin məbləği 5 milyon avro təşkil edir.

Bu, “Flamenqo”nun ilin əvvəlində futbolçunu “Qarabağ”dan transfer edərkən ödədiyi məbləğlə eynidir.

Məlumata görə, razılaşma demək olar ki, yekunlaşıb, lakin hələlik “Flamenqo” rəhbərliyinin son təsdiqi gözlənilir. Klub rəsmi təklifi şənbə günü səhər saatlarında alıb.

Juninyoya başqa təkliflər də olub, lakin “Pumas”ın variantı “Flamenqo”nu daha çox qane edib və klub bu keçidə müsbət yanaşıb.

Hazırda futbolçu komandayla birlikdə Qətərdədir və klublararası qitələrarası kubokda iştirak edir.

Klub təklif olunan şərtlərdən razı qaldığına görə satışın rəsmiləşməsi ehtimalı yüksəkdir. Meksika təmsilçisi ödənişi hissə-hissə etməyi təklif edib.

Juninyo “Flamenqo”da özünü doğrulda bilməyib. O, mövsüm ərzində 32 oyunda meydana çıxıb və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 20:00 Çək və bizə göndər!