Premyer Liqanın səs-küylü oyunu – 5 nəfər oynamayacaq, 4-ü sual altındadır

13 Dekabr 2025 14:00 Gündəm 1 383
Premyer Liqanın səs-küylü oyunu – 5 nəfər oynamayacaq, 4-ü sual altındadır

Premyer Liqanın 15-ci turunun ən səs-küylü qarşılaşması Tovuzda baş tutacaq.

Çempionluğa iddialı “Turan Tovuz” doğma azarkeşləri önündə “qızıl”ın digər namizədi “Sabah”ı qəbul edəcək.

Hər iki komanda meydana ciddi itkilərlə çıxacaq.

Beş futbolçunun prinsipial görüşdə iştirak etməyəcəyi dəqiqdir. Dörd nəfərin oynaması isə sual altındadır.

Meydan sahiblərindən David Tavareşlə İbrahima Vadji zədə səbəbindən kənarda qalacaqlar. Ayağında ağrılar olan Şəhriyar Əliyevin durumuna isə matç saatına qədər aydınlıq gələcək.

“Sabah”dakı vəziyyət kritikdir.

Pavol Şafranko, Boyan Letuç və Neqoş Kupusoviç zədəyə görə meydana çıxmaqdan məhrumdurlar.

Cesse Sekidika, Zineddin Uld Xaled və Anatoli Nuriyevin durumu da qənaətbəşx deyil. Baş məşqçi Valdas Dambrauskasın bu futbolçularla bağlı qərarı oyunun startına 1-2 saat qalmış bilinəcək.

Bu gün Tovuz şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 16:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti