Pensiyalarla bağlı gözlənilən qərar

07:50 Gündəm 205
Pensiyalarla bağlı gözlənilən qərar

Vəfat etmiş şəxsin pensiyasının yığım kapitalının taleyi yenidən müzakirə olunur.

Təklif edilir ki, belə vətəndaşların kapitalı ailə üzvlərinə qalsın. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yanaşmanı qətiyyətlə qəbul etmir.

Yığım kapitalı kimə məxsusdur? Bu vəsait vərəsələrə verilə bilərmi?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, Azərbaycanda pensiya sistemi sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərir:

“Yəni hazırda işləyən şəxslərin sosial ödənişləri təqaüd alanların pensiyalarının maliyyələşdirilməsinə yönəldilir. Beynəlxalq təcrübə göstərir ki, yığım kapitalı tam olmasa da, müəyyən hissəsinin vərəsələrə ötürülməsi mümkündür. Ailə üzvlərinin bu vəsaitdən istifadə imkanı bir çox ölkələrdə qanunla təmin olunur. Azərbaycanda isə bəzi hallarda kifayət qədər yığım kapitalı formalaşdıran, lakin vəfat edən şəxslərin vəsaitindən vərəsələr yararlana bilmir. Halbuki həmin kapital vətəndaşın öz gəlirlərindən ayırdığı və gələcəyini təmin etmək üçün topladığı vəsaitdir”.

İqtisadçı bildirib ki, bu məsələ müxtəlif mexanizmlər əsasında araşdırılmalı, optimal model müəyyən edilməlidir:

“Dünya təcrübəsi üzərindən müəyyən tədqiqtalar aparılmalı və yekun qərar qəbul olunmalıdır. Hətta bəzi ölkələrdə yığım kapitalı vəfat edən şəxsin ailə üzvlərinə tam şəkildə ötürülür. Təklif edirəm ki, Azərbaycanda da ən azı yığım kapitalının müəyyən hissəsinin vərəsələrə çatdırılması təmin edilsin. Bu addım insanların pensiya yığımına olan inamını artırar və sosial fonda ayırmalarını daha da təşviq edər”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…