Azərbaycanda kommunal xidmətlərlə bağlı YENİLİK

07:50 Gündəm 221
Azərbaycanda kommunal xidmətlərlə bağlı YENİLİK

“Azərişıq”da kommunal xidmətlərin vahid informasiya sisteminə qurulması Prezidentin sərəncamı ilə həyata keçirilməkdədir.

İlkin layihələr hazırdır. Hədəf modelinin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur”.

Bunu energetika nazirinin müavini Elnur Sultanov Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

“Azərenerji”də 143 obyekt artıq rəqəmsal sistemə qoşulubdur. Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə yarım stansiyalardır.

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

Son beş il ərzində fiberoptik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları artıq tamamilə Skada sisteminə qoşulub və yaşıl enerji zonası hədəfi çərçivəsində bu istiqamətdə fəaliyyət davam edir”,- deyə nazir müavini qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu