AFFA prezidenti Vaşinqtona getdi - DÇ-2026-nın püşkü üçün

5 Dekabr 2025 16:00 Gündəm 698
AFFA prezidenti Vaşinqtona getdi - DÇ-2026-nın püşkü üçün

AFFA-nın prezidenti Rövşən Nəcəf DÇ-2026-nın final mərhələsinin püşkatma mərasiminə qatılacaq.

Sportinfo.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Mərasim ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də püşkatma mərasimində iştirak edəcək.

Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Dünya çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı