Azərbaycan Kubokunda 1/8 final mərhələsi davam edir.
Bu gün daha 3 matç keçiriləcək.
I Liqa təmsilçisi olan «Baku Sportinq» Şamaxıda eyniadlı komandanın önünə çıxacaq. Aşağı liqa klubu sensasiyaya imza atıb mərhələ adlayarsa, futbolçularına böyük miqdarda mükafat ödəyəcək.
Bu vədi onlara icraçı direktor Hüseyn Rzayev verib. Buzovna mənsubunun idarəçisi oyunçularla görüşərək, onları muqtuluqlayıb.
O, «Şamaxı»ya qalib gələcəkləri halda, əsas heyət üzvlərinin hər birinin minimum 500 manat alacağını söyləyib.
Rzayev xatırladıb ki, bü cütün üstün tərəfi ¼ final mərhələsində «Qarabağ»la qarşılaşacaq. Direktor Ağdam klubu ilə üz-üzə gəlməyi uzun müddət arzuladığını açıqlayıb.
SPORTİNFO.AZ

