“Qarabağ”ın “Ayaks”ı məğlub etməsini istəyirəm” - Niderlandda oynamış türk

3 Dekabr 2025 12:40 Gündəm 1 499
“Qarabağ”ın “Ayaks”ı məğlub etməsini istəyirəm” - Niderlandda oynamış türk

“Qarabağ”ın “Ayaks”ı məğlub edəcəyini düşünürəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Fatih Sonkaya Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda “Qarabağ” və “Ayaks” arasında keçiriləcək oyun barədə danışarkən deyib.

Karyerası ərzində Niderlandın “Roda” və “Venlo” komandalarında çıxış etmiş müdafiəçi “Ayaks”ın yaxşı durumda olmadığını bildirib.

“Qarabağ” son oyunlarda əla performans göstərir. Bakıda “Çelsi”dən alınan 1 xal möhtəşəm idi.

Komanda məğlub olmasına baxmayaraq İtaliyada “Napoli”yə qarşı da layiqli mübarizə apardı. Hər iki görüşü izləmişdim.

Bu sözləri “Ayaks”a aid etmək olmaz. Amsterdam təmsilçisinin xalı belə yoxdur. Futbol sürprizlərlə doludur.

İstənilən nəticə qeydə alına bilər. “Qarabağ”a uğurlar arzulayıram. Qalib gəlməsini çox istəyirəm”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Türkiyə millisində 6 oyunda meydana çıxan Fatih Sonkaya ölkəsində “Beşiktaş” və Portuqaliyada isə “Portu” komandasının formasını geyinib.

Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti