AFFA rəhbərliyindən yeni MÜHÜM QƏRAR - Qurum bu şəxslərdən “təmizlənəcək”

13:00 Gündəm 185
AFFA rəhbərliyindən yeni MÜHÜM QƏRAR - Qurum bu şəxslərdən “təmizlənəcək”

Yeni ildən AFFA-da ciddi kadr islahatlarına start veriləcək.

Saytımız bu barədə federasiya rəhbərliyinə yaxın mənbələrdən son dərəcə vacib informasiya əldə edib.

Həmin şəxslərin redaksiyamıza verdiyi məlumata görə, bununla bağlı ən üst səviyyədə məsləhətləşmə aparılıb.

Hazırda qurumun 200-dən artıq əməkdaşı var. Bura birbaşa ştata daxil olan və xidməti müqavilə ilə çalışanlar daxildir.

Onların əksəriyyəti Elxan Məmmədovun AFFA-ya baş katiblik etdiyi dövrdə gələnlərdir. E.Məmmədov bu gün həmin şəxslərin əksəriyyəti ilə birbaşa əlaqədədir.

Hazırda FİFA-da çalışan eks funksioner vaxtilə federasiyaya yerləşdirdiyi alamları vasitəsilə AFFA-nın gündəlik fəaliyyətini nəzarətdə saxlayır, bütün informasiyaları alır. İstər yüksək vəzifə tutanlar, istərsə də sıravi əməkdaşlar arasında belələri kifayət qədərdir.

Yeni rəhbərlik həm qurumun maaş büdcəsini azaltmaq, həm də faydalı iş əmsalı aşağı olan komitə və departamentləri birləşdirmək naminə «islahat düyməsi»nə basmağı qərara alıb.

İlkin mərhələdə 20-30 əməkdaşın göndərioməsi nəzərdə tutulur. 2026-cı ilin yanvarında başlayacaq «təmizləmə» davamlı olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!