"Boavişta" iflas həddinə yaxınlaşır.
Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Əvvəlcə məlum olub ki, "ağ-qaralar" maliyyə problemləri səbəbindən Portuqaliya futbolunun ikinci, üçüncü və ya dördüncü liqasında çıxış üçün lisenziya ala bilməyib.
Yaranmış vəziyyətlə əlaqədar "Boavişta" regional liqada çıxış etməyə məcbur olub, lakin oktyabr ayında ardıcıl texniki məğlubiyyətlər səbəbindən yarışdan imtina edib.
Dünən "Boavişta" təsdiqləyib ki, Vila-Nova-di-Gaya şəhərinin məhkəməsinə klubun çoxsaylı borclar əsasında ləğvi üçün ərizə daxil olub.
122 illik tarixi olan klub rəhbərliyi bildirib ki, strukturu qorumaq üçün cəhd göstərəcək, beləliklə, yetirmələrini klubun infrastrukturu ilə təmin etmək imkanından məhrum etməyəcək.
"Boavişta" 2001-ci ildə Portuqaliya çempionu olub, ölkə kubokunu 5 dəfə qazanıb və 3 dəfə superkuboku qazanıb.
Azərbaycanlı futbolçular Kamran Ağayev (karyerasını bitirib) və Emin Mahmudov 2016/17-ci illər mövsümündə "Boavişta"da çıxış edib.

