Ukrayna millisinin hücumçusu Aleksey Qutsulyak karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Bildirilib ki, “Polesye”nin vingeri Premyer Liqanın iddialı klublarından birinin maraq dairəsinə düşüb.
Lakin 27 yaşlı oyunçunun ölkəmizdə çıxış etmək şansı az göstərilir. Çünki Qutsulyak uğrunda “Panatinaikos” və “Seltik” kimi tanınmış klublar da mübarizə aparır.
Artıq həm Yunanıstan, həm də Şotlandiya klubu ukraynalılarla ilkin təmasa keçiblər. Hətta “Panatinaikos”un onunla çoxdan maraqlandığı, bu səbəbdən favorit hesab edildiyi bildirilir.
Ön xətt oyunçusunun müqaviləsi mövsümün sonuna qədər olduğundan, rəhbərlik qış fasiləsində onun satışına müsbət yanaşa bilər.
Aleksey Qutsulyak cari mövsüm “Polesye”nin heyətində 16 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

