Neapolda hava pisləşdi, “Napoli” – “Qarabağ” matçı təxirə salınacaq?

25 Noyabr 2025 13:40 Gündəm 1 360
Neapolda hava pisləşdi, “Napoli” – “Qarabağ” matçı təxirə salınacaq?

Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçından öncə Neapol şəhərində hava şəraiti pisləşib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı şəhərdə narıncı xəbərdarlıq elan edilib.

İtaliyanın bəzi media orqanları “Napoli” – “Qarabağ” matçının təxirə salına biləcəyi ehtimalını da irəli sürüb.

Lakin İtaliya klubunun rəsmi saytı məlumatı təkzib edib və “Dieqo Armando Maradona” stadionunun matça hazır olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti