Bakıdakı maşın bazarı Ağdama köçürüləcək

25 Noyabr 2025 08:00 Gündəm 518
Bakıdakı maşın bazarı Ağdama köçürüləcək

Bakıdakı maşın bazarı Ağdama köçürüləcək.

Bu, Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək.

Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

Xüsusilə Ələt Azad İqtisadi Zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşacaq.

Ağdamdakı yeni bazarın bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu