Premyer Liqa təmsilçisi yeni çalışdırıcı tapdı - SON DƏQİQƏ

24 Noyabr 2025 12:40 Gündəm 3 726
Premyer Liqa təmsilçisi yeni çalışdırıcı tapdı - SON DƏQİQƏ

Ötən mövsümü «Mingəçevir»də başa vuran Füzuli Məmmədovun işsiz günləri arxada qalıb.

O, 5 illik aradan sonra Premyer Liqa səhnəsinə qayıdıb.

İyunda I Liqa klubundan söz-söhbətlə ayrılmış mütəxəssis bundan sonra «Karvan»da fəaliyyət göstərəcək.

Dünən Azər Həşimovu baş məşqçi postundan uzaqlaşdırmış klub rəhbərliyi bu gün Füzuli Məmmədovu görəvə gətirib.

14 ildən sonra elitaya qayıtmış Yevlax təmsilçisi 12 tura 5 xal toplayıb. Bu göstərici «sarvanlar»ı turnir cədvəlinin sonuncu - 12-ci pilləyə yuvarladıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı