Rusiya klubunun qapıçısı Premyer Liqamızda çıxış etməyə RAZILAŞDI

24 Noyabr 2025 01:50 Gündəm 3 386
Rusiya klubunun qapıçısı Premyer Liqamızda çıxış etməyə RAZILAŞDI

"SKA-Xabarovsk"un qapıçısı İslam İmamov karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 24 yaşlı qolkiperin xidmətində maraqlı olan Premyer Liqa klublarımız var.

Həmin klublar İmamov üçün mübarizə aparır. Rusiya 1-ci liqasında yarışan Xabarovsk təmsilçisinin qapısını qoruyan İslamın da karyerasını Azərbaycanda davam etdirməyə müsbət yanaşdığı dəqiqləşib.

O, özü də Rusiyadan ayrılaraq, Azərbaycan klublarından birinə keçməyə hazırdır.

Əslən Azərbaycandan olan İslamın “SKA-Xabarovsk”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

İmamov “Legion-Dinamo”, “Zvezda”(Sankt-Peterburq”), “Kuban Holdinq”də oynadıqdan sonra 2022-ci ildə “SKA-Xabarovsk”a keçib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu