“Növbəti görüş Bakı və ya İrəvanda keçirilməlidir”

22 Noyabr 2025 08:10 Gündəm 412
“Növbəti görüş Bakı və ya İrəvanda keçirilməlidir”

“3+3” regional əməkdaşlıq platformasının növbəti xarici işlər nazirləri toplantısı Azərbaycanda və ya Ermənistanda baş tuta bilər”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 20-də keçirdiyi brifinqdə məlumat verib.

O xatırladıb ki, ötən il İstanbulda keçirilən görüşdə qəbul olunmuş qərara əsasən, 2024-cü ilin oktyabrın 18-də baş tutan son toplantının ardından növbəti görüşün ev sahibliyini Bakı və ya İrəvan təmin etməlidir:

“Ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfləri tədbirin keçirilmə ardıcıllığına dair operativ qərar verəcək – hansı ölkənin bu il, hansının isə gələn il toplantıya ev sahibliyi edəcəyi paket razılaşma əsasında müəyyənləşdirilməlidir. Rusiya tərəflərin qəbul edəcəyi birgə qərarı dəstəkləməyə hazırdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu