Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

07:00 Gündəm 76
Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 70-75% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 17:50 Çək və bizə göndər!
21 Noyabr 08:30 Elçinin nə problemi var?