İngiltərə nəhəngi “Qarabağ”a qarşı hansı heyətdən istifadə edəcək?

13:40 Gündəm 144
İngiltərə nəhəngi “Qarabağ”a qarşı hansı heyətdən istifadə edəcək?

Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”la qarşılaşacaq “Çelsi”nin heyətində ciddi rotasiya gözlənilir.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Enzo Mareska aparıcı oyunçulara Bakıda istirahət verməyi düşünür.

Çalışdırıcı daha əvvəl “Ayaks”ı 5:1 hesabı ilə məğlub etdikləri görüşdə bir neçə gün əvvəl “Nottingem Forest” (3:0) önünə çıxan heyətdən 10 oyunçunu dəyişmişdi.

Əsas qapıçı Robert Sançes bu dəfə ehtiyatda oturacaq. Çünki Mareska bu tip görüşlərdə Filip Yorqensenə şans verir.

Sağ cinah müdafiəçisi mövqeyində Malo Qusto yer alacaq. Riis Ceyms “Tottenhem”lə ağır matçdan sonra istirahət edəcək.

Tosin Adarabioyo son vaxtlar formadan uzaq olsa da, “Qarabağ”la görüş onun özünəinamını bərpa etməsi üçün fürsət ola bilər.

Mövsümün ən yaxşı mərkəz müdafiəçilərindən biri hesab olunan Coş Açemponq London derbisini buraxdıqdan sonra bu qarşılaşmaya tam hazırdır.

Yorrell Hato müdafiənin sol cinahında Mark Kukurelyanı əvəz edəcək. İspaniyalı Premyer Liqanın növbəti turuna hazırlaşacaq.

Yarımmüdafiəçi Moyzes Kaysedonun da istirahətə ehtiyacı var və onu Romero Lavia əvəz edəcək. Eyni vəziyyət Enzo Fernandesə də aiddir. Argentinalı ehtiyatda qalsa, Andre Santos start heyətində meydana çıxacaq.

“Çelsi” azarkeşləri Estevao Villianın oyununu səbirsizliklə gözləyirlər.

Braziliyalı “Tottenhem”ə qarşı cəmi 5 dəqiqə oynamışdı. Estevao ilə Ceymi Gittens Çempionlar Liqasının son matçında və İngiltərə Kubokunda “Vulverhempton”la (4:3) oyunda özünü əla tərəfdən göstərmişdi. Mareska bu tandemdən Bakıda da yararlanacaq.

Fakundo Bonanotte də start heyətində çıxış edə bilər. Çünki Joao Pedro fiziki durumu ilə bağlı son məşqdə yer almayıb. Həmçinin Koul Palmer də zədəlidir.

Nəhayət, Liam Delap “Vulverhempton”la matçda qırmızı vərəqə aldıqdan sonra özünü reabilitasiya etmək şansı qazanır.

Hücumun mərkəzində Delapın meydana çıxması gözlənilir. Delap diskvalifikasiya səbəbindən “Tottenhem”lə görüşü buraxdığından, “Qarabağ” önündə çıxış etməyə tam hazırdır.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti