"Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb".
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, Azərbaycanda idman ölkə başçısı tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib:
"Ölkənin müxtəlif bölgələrində idman kompleksləri tikilib. Burada müxtəlif beynəlxalq yarışların keçirilməsi Azərbaycanı idman ölkəsi kimi tanıdıb.
Növbəti ildə də Bakıda müxtəlif idman yarışları keçiriləcək. Triatlon çox maraqlı idman növüdür.
Növbəti ildə Azərbaycanda ilk dəfə bu yarış keçiriləcək. Bura daha çox uşaqlar cəlb olunub.
Bizim çox güclü komandamız var. Planlaşdırılan yarış çox yüksək səviyyədə təşkil olunacaq".
"IRONMAN 70.3 BAKU" triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək və "IRONMAN 70.3" triatlonu, "Fun Run 5 km" və "IRONKIDS" yarışlarını əhatə edəcək.
1,9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq. 90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.

