Gələn il ölkəmizdə pensiyalar bu qədər artacaq

07:50 Gündəm 115
Gələn il ölkəmizdə pensiyalar bu qədər artacaq

Gələn il Azərbaycanda 1 milyon 100 min vətəndaşın pensiyalarında artımlar olacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, indeksləşdirmə pensiya və pensiya kapitalına şamil olunur.

“Əmək pensiyaları haqqında qanuna əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun olaraq indeksləşdirilir. Növbəti ildə əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək. Bir milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq. Buna görə təbii ki növbəti il üçün orta pensiya məbləğinin artması nəzərdə tutulub”.

Deputat deyir ki, artımlar əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Buraya yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası növləri daxildir.

O, həmçinin qeyd edib ki, artım təqribən 9% civarında tənzimlənə bilər.

“Hələlik konkret rəqəm söyləmək çətindir, amma 2025-ci ilin geridə qalan ayları üçün tendensiyasına baxsaq bu təxminən 9% ətrafında olacaq. Sözsüz ilin sonunda konkret rəqəm bilinəcək. Pensiya kapitalı da indeksləşdiriləcək. Pensiya kapitalı 2025-ci ildə infilyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilib. Pensiya kapitalı olan vətəndaşlarımızın kapitalı indeksləşdirilərək artırılıb. Mərkəzi Bank 6% infilyasiya proqnozlaşdırıb. Əgər o proqnoza uyğun qiymətləndirsək deyə bilərik ki pensiya kapitalı 6% indeksləşdirilib artırıla bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu