AFFA iki klubu olan və futbolsuz qalan rayonun stadionunu öz balansına keçirəcək?

16:00 Gündəm 877
AFFA iki klubu olan və futbolsuz qalan rayonun stadionunu öz balansına keçirəcək?

İmişli şəhər stadionu AFFA tərəfindən satın alına bilər.

Federasiyanın 2004-cü ildə tikilən arena ilə bağlı planı artıq üzə çıxıb.

Təşkilat hazırda istifadəsiz qalan futbol qurğusunu öz balansına keçirmək imkanı yaxalayıb. Bunun üçün 250 min manat ödəmək tələb olunur.

Sözügedən stadion MKT şirkəti tərəfindən inşa edilib. Ərazi isə Həmkarlar Konfederasiyasına məxsusdur.

AFFA hər iki tərəflə danışıqlar aparıb və müsbət irəliləyişə nail olub. Əgər federasiya ilkin mərhələdə bu qədər vəsait ödəsə, məkan ona uzunmüddətli icarəyə veriləcək.

İmişlinin hazırda iki klubu ölkə çempionatında yarışır. «İmişli» Premyer Liqada qüvvəsini sınayır, «Kür-Araz» isə II Liqada.

Stadionla bağlı yaranmış problemlərə görə hər iki komanda doğma rayondan uzaq düşüb. «İmişli» öncə Şamaxıya, indi Qubaya sığınıb. «Kür-Araz»a gəlincə, onlar ev oyunlarını Saatlıda qəbul edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti