Sürücülük vəsiqəsi ilə bağlı AÇIQLAMA - Yaş həddi dəyişəcək?

08:10 Gündəm 187
Sürücülük vəsiqəsi ilə bağlı AÇIQLAMA - Yaş həddi dəyişəcək?

Hazırda Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün minimal yaş həddi 18 olaraq müəyyən edilib.

Lakin son illərdə avtomatlaşdırılmış və elektrik nəqliyyat vasitələrinin artması bu həddin dəyişməsi ilə bağlı məsələni gündəmə gətirir.

Mövzu ilə bağlı konkret.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov açıqlama verib.

Parklanma şəhərdə əsas problemlərdən birinə çevrilib -EKSPERT

Ekspert bildirib ki, hazırda sürücülük hüququ yalnız 18 yaşdan yuxarı, sağlamlıq göstəriciləri normal olan, narkoloji və ya psixiatriya dispanserində qeydiyyatda adı keçməyən şəxslərə verilir:

“Lakin elektriklə çalışan avtomatlaşdırılmış nəqliyyat vasitələri artıq sənaye zonası sayılır və onlar üçün xüsusi sertifikat və texniki sürücülük vəsiqəsi tələb olunur”.

Əsədov qeyd edib ki, elektrik və ya avtomatlaşdırılmış nəqliyyat vasitələrinin çoxalması gələcəkdə yaş həddinə dolayı təsir göstərə bilər:

“Təbii ki, 18 yaşı tamam olmuş gənclə 30 yaşlı şəxs arasında təcrübə və məsuliyyət baxımından fərq var. Burada əsas məsələ yaşdan çox, əmək qabiliyyəti və xüsusi hazırlıq səviyyəsidir.

Məsələn, elektrik nəqliyyat vasitələrinə, avtobus, tramvay və troleybuslara əlavə kateqoriyalar tələb olunur. Bu kateqoriyalar da əsas sürücülük vəsiqəsi alındıqdan ən azı 3 il sonra əldə edilir”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə dəyişikliklər olsa belə, yaxın illərdə sürücülük yaş həddinin 18-dən aşağı salınması gözlənilmir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM