Azərbaycanın tanınmış teleaparıcısı bu gecə "Sportinfo TV”nin “Milli həftə”sində

13 Oktyabr 2025 11:40 Gündəm 1 379
Azərbaycanın tanınmış teleaparıcısı bu gecə "Sportinfo TV”nin “Milli həftə”sində

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Ayxan Abbasovun çalışdırdğı komanda səfərdə Ukrayna ilə qarşılaşacaq.

"Sportinfo TV" qarşıdakı matçla əlaqəli hazırlıq görüb.

Saytımızın «yutub» kanalında «Milli həftə» verilişi yayımlanacaq. Həm oyundan əvvəl, həm də sonra izləyicilərin görüşünə gələcəyik.

Kimlərlə? Hə, indi adlara diqqət yetirin.

«Milli həftə» tanınmış telejurnalist Ceyhun Rzayevin təqdimatında yayımlanacaq.

Onun qonağı isə millinin sabiq yarımmüdafiəçisi, hazırda «Araz-Naxçıvan»da baş məşqçi Elmar Baxşıyevin köməkçisi işləyən Əfran İsmayılov olacaq.

Saat 21:45-də başlayacaq efir bir də 00:50 davam edəcək.

Verilişi izləməyi unutmayın!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti