
Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
"Göygöl" evdə "Şəmkir" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək növbəti mərjələyə yüksəlib..
"Quba" isə "Xankəndi"ni qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.
Dünən gerçəkləşən görüşlərdə "Ağstafa Gəncləri" "Şirvan"ı (1:0), "Qaradağ Lökbatan" "Ağdaş"ı (8:0) "Sheki City" "Araz-Saatlı"nı (3:2), "Dinamo" isə əlavə vaxtda "Kür-Araz"ı (3:2) məğlub edərək, II təsnifat mərhələsinə yüksəliblər.
14:00. "Göygöl" – "Şəmkir" 1:0
Qol: R.Əlizadə, 22
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Quba" – "Xankəndi" 1:2
Qollar: Ə.Şəbiyeм, 12-avtoqol - S.Ağayev, 68, E.Quliye, 79-pen.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba Olimpiya İdman Kompleksinin stadionu