Gəncənin bəzi yollarında məhdudiyyətlər olacaq - BU GÜN

8 Oktyabr 12:20 Gündəm 573
Gəncənin bəzi yollarında məhdudiyyətlər olacaq - BU GÜN

III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.

Sportinfo.az xəbər verir ki, bağlanış mərasiminin keçiriləcəyi oktyabrın 8-də Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi;

- Atatürk prospekti;

- Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələr.

Atatürk prospektində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı 6 və 7 nömrəli marşrutların tədbir zamanı hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.

12 nömrəli marşrut xəttinin Atatürk prospektində hərəkətin məhdudlaşdırılması səbəbindən son dayanacaq məntəqəsi olaraq Gəncə Dəmiryolu vağzalı əvəzinə Bilal Qəhrəmanov küçəsi təyin edilib.

Heydər Əliyev prospektindən 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.

Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!