Formula 1-ə görə Hökumət evinin qarşısında yeni paddok quraşdırılır - FOTO

7 Mart 2025 08:30 Gündəm 505
Formula 1-ə görə Hökumət evinin qarşısında yeni paddok quraşdırılır - FOTO

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bu barədə Sportinfo.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, paddok hər zamankı kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025, 19-21 sentyabr tarixlərində baş tutmaqla Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 17:50 Çək və bizə göndər!
10 Aprel 02:10 “Quba” 5:1 qazandı