COP29

Adnan Əhmədzadə yenə qabağa düşdü - VİDEO

13 Noyabr 09:40 Gündəm 842
Adnan Əhmədzadə yenə qabağa düşdü - VİDEO

Məşhur braziliyalı keçmiş futbolçu Ronaldinyo Qauço noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Onların arasında SOCAR-ın sabiq vitse-prezidenti Adnan Əhmədzadə də yer alıb.

Bu da təsadüfi deyil. Vaxtilə PSJ, «Barselona» və «Milan» kimi Avropanın böyük klublarının formasını geyinmiş hücumçumuzun ölkəmizə səfərini məhz Əhmədzadə təşkil eləyib.

Kadrlara diqqət yetirincə, bilmək olur ki, onun Ronaldinyo ilə münasibətləri necə yaxındır. O, əsl ev sahibi kimi təyyarəyə qalxır və aşağı enir, mötəbər qonağa istiqamət verir.

Doqquz il öncə «Qəbələ»nin ovaxtkı prezidenti Tale Heydərovun dəvəti ilə ilk dəfə respublikamıza ayaq basmış Ronaldinyonun Əhmədzadə ilə əlaqələri daha sıxdır.

Neft şirkətindən ayrılandan sonra biznes dünyasına atılan Əhmədzadə Avropa və Asiyada böyük ticarət şəbəkəsi qurub.

İdman aləmi onu daha çox Lionel Messinin dostu kimi tanıyır. Argentinalı hücumçu ilə illərdir ailəvi münasibətlər saxlayan Adnan bəyin «Barselona»nın prezidenti Xuan Laporta ilə yaxınlığı da heç kimə sirr deyil.

İş adamı son vaxtlar Azərbaycanın daxili futbol həyatına da nüfuz edib.

Onun maliyyələşdirdiyi ASTA uşaq və yeniyetmə futbolçuları İspaniyaya - yerli «Marset» akademiyasına yerləşdirməklə məşğuldur.

Həmçinin kurasyiasındakı şirkət «Neftçi» və «Zirə» ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi