"Heç kim Azərbaycana təzyiq etməyəcək. İndi bizim heç bir əsasımız yoxdur ki..."

26 Oktyabr 2024 07:20 Gündəm 832
"Heç kim Azərbaycana təzyiq etməyəcək. İndi bizim heç bir əsasımız yoxdur ki..."

"Ermənistanla Azərbaycan arasında sülh yalnız qüvvələr balansına əsaslanmalıdır.

Hazırda isə qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişib".

Bunu erməni ekspert Sergey Melkonyan deyib.

O iddia edib ki, Bakı strateji danışıqlarla birtərəfli güzəştlər tələb etməyə davam edəcək:

“Bunun üçün əsası Ermənistanda revanşist qüvvələrin mövcudluğudur. Ermənistan indi təhlükəsizliyini təkbaşına təmin etmək gücündə deyil. Heç kim Azərbaycana təzyiq etməyəcək. İndi bizim heç bir əsasımız yoxdur ki, “Azərbaycanın sülh müqaviləsi imzalamayacağı, hətta Ermənistana hücum edəcəyi təqdirdə Bakını kimsə cəzalandıracaq” deyək. Əksinə, heç kim səsini çıxarmayacaq, yalnız bəyanatlar verəcəklər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!