Rövşən Nəcəf onların fəaliyyətindən çox narazıdır - İş görmürlər, havayı pul alırlar

22 Oktyabr 2024 15:00 Gündəm 8 305
Rövşən Nəcəf onların fəaliyyətindən çox narazıdır - İş görmürlər, havayı pul alırlar

AFFA prezidenti Rövşən Nəcəf Məşqçilər Komitəsinin fəaliyyətini qənaətbəxş saymır.

Redaksiyamıza bununla bağlı ona yaxın çvevrədən maraqlı məlumat daxil olub.

Bildirilib ki, federasiya başçısı Vaqif Sadıqovun sədri olduğu komitənin heç bir real iş görmədiyi fikrindədir. O, bu haqda qurumun məhdud dairədə keçirilən qapalı toplantılarında bir neçə dəfə söz açıb.

Nəcəf bildirib ki, məşqçilik karyerasını bitirmiş veteranlar AFFA-nın daxili həyatında heç bir real rol oynamır, sadəcə, maaş alır, federasiyanın hesabına xarici ölkələrə turist kimi səfərlərə yollanır, qonorar əldə edirlər.

Prezident komitənin yerli-dibli ləğvinə, yaxud da tərkibinin dəyişdiriloməsinə tərəfdardır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı