COP29

Azərbaycanın F-16 kimi qırıcıları da olacaq

23 Fevral 18:50 Gündəm 1 488
Azərbaycanın F-16 kimi qırıcıları da olacaq

Azərbaycan Pakistandan müasir JF-17C “Block 3” qırıcı təyyarələri alacaq.

Sövdələşmə məbləği 1,6 milyard dollar təşkil edir.

Bu barədə Pakistanın “Air Operation Syndicate” nəşri bildirir. Mənbənin məlumatına görə, yeni təyyarələr Azərbaycanın malik olduğu Rusiya istehsalı olan MİQ-29 təyyarələrini əvəz edəcək.

“JF-17C “Block 3” bu növ qırıcıların sonuncu modifikasiyasıdır. “4+” nəsil qırıcılar hesab olunur, lakin beşinci nəsil avionika və silahlardan istifadə edir. Qırıcı aşağı əməliyyat xərcləri və minimal texniki xidmət tələbləri ilə hazırlanıb. Bu da böyük bir təyyarə parkını yerləşdirməyə və onların yüksək döyüş hazırlığını saxlamağa imkan verir”, - məlumatda deyilir.

Təyyarə müxtəlif növlü 8 raket, müasir radarları və elektron müdafiə sistemlərini daşıya bilir. JF-17 öz xüsusiyyətlərinə görə regionda mövcud olan Mİ-29 və SU-25 təyyarələrindən üstün sayılır.

Bundan başqa, Pakistanın istehsal etdiyi qırıcı təyyarələr C-300 RƏM sisteminə qarşı mübarizə aparmaq imkanına malikdir. Yenilənmədən sonra JF-17 “Blok 3” ABŞ F-16-larının təkmilləşdirilmiş versiyaları ilə uzlaşır. Ancaq JF-in əsas üstünlüklərindən biri texniki xidmət baxımından F-16-lardan iki dəfə ucuz olmasıdır.

Bunun Pakistanın Hərbi-Sənaye Kompleksinin ən böyük ixrac sövdələşməsi olduğu qeyd edilir. Müqavilə təyyarələrlə yanaşı, döyüş sursatlarının tədarükünü və pilotlara təlim keçilməsini də ehtiva edir.

Açıq mənbələrin məlumatına görə, bir təyyarənin qiyməti 25 milyon dollardır. Sövdələşmə məbləği bir milyard yarım dollardan çox olduğu üçün Azərbaycanın hərbi təyyarə parkını tamamilə yeniləyəcəyini demək olar. Yəni təxminən 60 ədəd JF-17C “Block 3”I təyyarəsi alınacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"