COP29

Yaxın dostu Ponomaryovdan bəh-bəhlə danışdı: “Bacarığını ortaya qoydu”

20 Fevral 20:40 Gündəm 779
Yaxın dostu Ponomaryovdan bəh-bəhlə danışdı: “Bacarığını ortaya qoydu”

“İqor Ponomaryovun adına çox-çox sevinirəm.

“Sabah”ın son 2-3 matçını izlədim, komandanı yığmağı, özünə qaytarmağı bacarıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkov deyib.

Ötən ilin sentyabr ayından dekabra qədər Birinci Liqa təmsilçisi “İrəvan”da qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirən 58 yaşlı mütəxəssis hazırda Moskvadadır.

Klub rəhbərliyi müqavilə öhdəliklərini yerinə yetirmədiyindən, ötənlərin məşhur siması bununla bağlı AFFA-ya müraciət edib.

Assosiasiya yekun qərar vermədiyindən, Aleksandr Vitalyeviç Rusiyada ailəsinin yanındadır.

Buna baxmayaraq, Premyer Liqa matçlarını izləyir, dostlarının fəaliyyətini diqqətdə saxlayır:

“Qarabağ”la heç-heçə gənc qapıçının səhvi ucbatından oldu. Yoxsa təmiz 3 xallıq oyun idi.

“Qarabağ”la açıq oynamaq olmaz. İqor da ağıllı davranıb oyunu əks-hücumlar üzərində qurmuşdu deyə, tapşırıqları nəticə verirdi.

Futbolu bilən adamdır, qısa müddətdə məşqçilik bacarığını ortaya qoydu. Bu mənada təcrübəmizin olduğunu deyə bilərəm (gülür)”.

Murad Musayevin istefasından sonra “Sabah” müvəqqəti olaraq İqor Ponomaryova tapşırılıb. “Tələbələr” 3 oyunda onun rəhbərliyi altında məğlub olmayıb.

Ponomaryovla Jidkovun 1984-1988-ci illər aralığında “Neftçi”də komanda yoldaşı olduqlarını da maraq üçün xatırladaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!