COP29

"Bu, "Xəzər Lənkəran"la bağlı ən gözəl və ən pozitiv xəbərdir!"

11 Fevral 16:30 Gündəm 4 581
"Bu, "Xəzər Lənkəran"la bağlı ən gözəl və ən pozitiv xəbərdir!"

Dünən xəbər verdiyimiz kimi, «Xəzər Lənkəran» Mərkəzi Stadionu təmirə bağlanıb.

Xeyli müddətdir qapısı qıfıllanan arenada yenidənqurma işlərinə start verilib.

Bunun üçün böyük miqdarda vəsait ayrılıb. Təmirin sifarişçisi «Xəzər Lənkəran»FK-nın yaradaçısı Mübariz Mənsimovun şirkətidir.

Türkiyədə yaşayan iş adamı uzun müddətdən sonra stadionun vəziyyəti ilə maraqlanıb və onun acınacaqlı hala düşməsini biləndən sonra bu işlərə start verilməsini tapşırıb.

«Xəzər Lənkəran» 2016-cı ildə fəaliyyətini dayandırıb. Ötən müddət ərzində «Fırtınılar meydanı» Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun ümidinə qalıb.

O isə buranı demək olar dağıdıb. Pula gələn nə varsa, hamısını dəyər-dəyməzinə satıb.

Saytımızın yaydığı bu informasiya böyük rezonans doğurub. Redaksiyamıza xeyli zəng gəlib. Aldığımız mesajların sayı-hesabı yoxdur.

Klubun bərpasının mümkünlüyü haqda verilən suallardan belə anlaşılır ki, cənublu futbolsevərlər artıq bu xəbərə köklənib.

«Xəzər Lənkəran»ın mətbuat xidmətinin sabiq rəhbəri Hüseyn Cəbrayıloğlu da gündəmə işıq tutub. O, sosial şəbəkə hesabında yazıb:

Çoxsaylı müraciətlərə - telefon zəngi, mesajlara ümumi cavab olaraq yazmağı borc bildim. "Xəzər Lənkəran" stadionunun təmirə bağlanması xəbəri həqiqətdir!

Komandanın nə vaxt yaranacağı kimi ifadələrə indidən aldanıb ürəyimizi oynatmayaq.

Amma nəzərə alın ki, 2016-cı ildən sonra bu hadisə "Xəzər Lənkəran" ətrafında baş vermiş ən gözəl və ən pozitiv xəbərdir.

Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq. Daha gözəl xəbərlər vermək ümidi ilə ən böyük " Xəzər Lənkəran"!".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"