
Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva dünən müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
Mərhum haqqında bir çox tanınmış şəxslər öz sosial şəbəkə hesablarından paylaşım ediblər.
Onların arasında türkiyəli məşqçi Naci Şensoy da yer alıb.
O, öz feysbuk hesabından bu sözləri yazıb:
“2004/05 mövsümü “Turan”ı çalışdırarkən tanış olmaq fürsətim oldu. Bizlərə davamlı dəstək olan, Azərbaycan və Türk dünyasının sevimlisi Qənirə Paşayevaya Allahdan rəhmət, yaxınları və sevənlərinə səbr diləyirəm”.
65 yaşlı çalışdırıcı 2003/05 və 2012-ci illəri Tovuz təmsilçisində baş məşqçi postunu tutub.
48 yaşında vəfat edən Qənirə xanım Tovuz rayonunun Düz qırıqlı kəndində anadan olub.
XANOĞLAN / SPORTİNFO.AZ