Azərbaycan brendi İtaliya və İspaniyanın tanınmış klubları ilə yeni iş qurdu - FOTOLAR

24 May 2023 11:40 Gündəm 1 391
Azərbaycan brendi İtaliya və İspaniyanın tanınmış klubları ilə yeni iş qurdu - FOTOLAR

Son illər Azərbaycanın uşaq futbolunda brendə çevrilən EFA (Europian Football Academy) tədricən Avropaya açılmaqdadır.

Bakı və Sumqayıtda mərkəzləşən klub qitənin qabaqcıl akademiyaları ilə əlaqələrini gücləndirməkdədir.

İndiyədək müxtəlif mötəbər turnirlərin iştirakçısı olmuş EFA bu dəfə İtaliya və İspaniya təmsilçiləri ilə işbirliyi qurmaqdadır.

EFA-nın direktoru və baş məşqçisi Vüsal Mustafayev bu məqsədlə hər iki ölkəyə səfər edib. O, təəsüratlarını Sportinfo.az-la bölüşüb:

"Bir ildən artıqdır ki, «Peruca»nın nəzdində fəaliyyət göstərən İSM Akademiyası ilə əməkdaşlıq edirik. Məhz bu əməkdaşlığın nəticəsndə yetirməmiz,

17 yaşlılardan ibarət milliyə də dəvət alan Məsud Əlişanlının İtaliya klubuna keçidi rəsmiləşdi. O. artıq həmin ölkədə məşqlərə və oyunlara çıxır.

Yaxınlarda İtaliyada oldum, 4 gün məşqləri izlədim. «Peruca»nın baş direktoru Alsandro Dominici və menecer Luis Pomerasla geniş müzakirələr apardıq.

Qarşı tərəflə birgə daha bir neçə layihə həyata keçirəcəyik. Oradan isə İspaniyaya səfər etdim.

Barselona şəhərində bizim uşaqların transfer məsələləri ilə bağlı yerli menecerlərlə, skautinq şöbələrinin əməkdaşlarıyla görüşlər keçirdik.

Düzdür, İspaniyada əsas klubların rəhbərləri ilə birbaşa əlaqə qurmaq, iş görmək bir az çətindir. Birinci onların menecer qrupları ilə təmasa keçmək lazımdır.

Ona çalışdıq ki, İtaliya və İspaniya futbolu arasında fərqləri öyrənək, keyfiyyəti götür-qoy edək. Karina Şaumeta 3 klubun - «Barselona», «Jirona» və «Espanyol»un meneceridir.

O. daha bir neçə klubla əməkdaşlıq edir. Şaumeta seleksiya prosesinə cəlb olunan uşaqları səviyyəsinə görə klublara təklif eləyir.

İspaniyada «Qramma» klubunun rəhbərliyi ilə də görüşdüm. Koordinator Toni Sekartla bir xeyli müzakirələr apardıq.

Məlumat üçün deyim ki, «Qramma» əsasən «Barselona» üçün ehtiyat qüvvə yetişdirir və aralarında sıx əlaqələr mövcuddur".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu