“İrəvanla Bakı arasında intensiv danışıqlar aparılır” - Paşinyan

24 May 2023 08:10 Gündəm 298
“İrəvanla Bakı arasında intensiv danışıqlar aparılır” - Paşinyan

“Ermənistan regionda sülh gündəliyinə sadiq olaraq qalır. Ümid edirik ki, yaxın zamanlarda sülh müqaviləsinin mətni ilə bağlı razılığa gələcək və onu imzalaya biləcəyik”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında intensiv danışıqlar aparılır.

Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan qoşunlarının qarşılıqlı geri çəkilməsi 1975-ci ildə SSRİ-nin Baş qərargahı tərəfindən təsdiq olunan xəritələrə uyğun həyata keçirilməlidir.

Baş nazir əlavə edib ki, KTMT missiyası hazırda Ermənistanda fəaliyyət göstərmir: “Çünki təşkilat Ermənistan sərhədlərini müəyyən etməyib və KTMT bunu həll etdikdən sonra problemlərin 90 faizi aradan qaldırılacaq”.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın XİN rəhbərləri ABŞ-də daha birbaşa və açıq dialoqa başlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!