"Sünik Qərbin diqqət mərkəzində olmaqda davam edir" - "Hraparak"

22 May 2023 04:00 Gündəm 429
"Sünik Qərbin diqqət mərkəzində olmaqda davam edir" -

Sünik Qərbin diqqət mərkəzində olmaqda davam edir.

Bu yaxınlarda 15 Avropa ölkəsinin səfirləri Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorinin başçılığı ilə Sünik bölgəsinə səfər ediblər.

Bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Avropa diplomatları Sünikdə Avropa Günü ilə bağlı tədbirlər keçirmək qərarına gəliblər. Bundan başqa, səfirlər Qafanda da olublar, bu gün isə Gorusa səfər nəzərdə tutulub.

Qeyd olunur ki, bu ilin əvvəlində region sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş “Dayanıqlı Sünik. Avropa komandası” adlı tədbir də keçirilib. Həmin tədbirdə qarşıdakı 5 il ərzində bölgəyə 51 milyon avroya yaxın vəsaitin veriləcəyi deyilib. Dünən isə artıq 116 milyon avroya yaxın vəsaitin ayrıldığı açıqlanıb.

“Bununla belə, bütün bu təşəbbüslərin məqsədi Sünikin inkişafına kömək etmək deyil, bölgənin mühüm geosiyasi mövqeyidir”, - deyə qəzet yazır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"