"Siz bir-birinizin ərazi bütövlüyünü tanımayınca, başqa heç bir məsələ həll olunmayacaq"

20 May 2023 15:50 Gündəm 410
"Siz bir-birinizin ərazi bütövlüyünü tanımayınca, başqa heç bir məsələ həll olunmayacaq"

Ermənistanın hakim partiyası, “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdəki deputatı Akop Aslanyan olduqca maraqlı, əslində, İrəvanın əsl niyyətlərini ehtiva edən müsahibə verib.

“Hraparak” qəzetinə danışan Aslanyan deyib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması qəribə deyil, lakin gələcəyə hesablanmış addımdır.

“Birincisi odur ki, bəli, hər iki tərəf, mümkünsə, bir-birinin ərazi bütövlüyünü tanısın, ondan sonra beynəlxalq ictimaiyyətin qarşısında başqa bir məsələ qaldırılacaq. Çünki burada insan haqları, insanların azadlıqları, özünün mütləq hüququndan söhbət gedir.

Bu halda beynəlxalq ictimaiyyət elə bir vəziyyət yaratmağa borcludur ki, Qarabağa hər hansı kütləvi məhv olma riski olmasın. Ona görə ki, Qarabağın başqa bir statusu var.

Biz yavaş-yavaş Kosovodan nümunə götürəcəyik. Serbiyanın ərazi bütövlüyü də tanındı, lakin son nəticədə Kosovo müstəqil olaraq tanındı.

Serbiyaya bildirilib ki, biz tanıyırıq, amma xalqın öz müqəddəratını təyin etmə hüququ olan bir hissəsi var. Beynəlxalq ictimaiyyətin tələbi ondan ibarətdir ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımayınca, başqa heç bir məsələ həll olunmayacaq”.

Erməni deputat onu da deyib ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmir.

“Əlbəttə, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin bundan dərhal sonra beynəlxalq ictimaiyyət bilir və anlayır ki, həmin xalqın öz müqəddəratını təyinetmə hüququ bərqərar olmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti