"Bakı və İrəvan arasında birbaşa dialoqu alqışlayırıq”

19 May 2023 12:10 Gündəm 312
"Bakı və İrəvan arasında birbaşa dialoqu alqışlayırıq”

“ABŞ məkanından asılı olmayaraq rəsmi Bakı və İrəvan arasında birbaşa dialoqu alqışlayır”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

“Tərəflərin müzakirələri davam etdirmək niyyəti ilə bağlı xəbərləri alqışlayırıq. Yenə də əminik ki, sülh mümkündür və birbaşa dialoq bu problemlərin həllinin açarıdır.

Tərəflər arasında birbaşa danışıqlar prinsipial əhəmiyyət kəsb edir və biz məmnunuq ki, onlar harada olursa olsun - Arlinqtonda, Brüsseldə və ya Moskvada buna davam edirlər”, - deyə Patel bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"