“Ermənilər qorxu içindədir”

17 May 2023 12:10 Gündəm 622
“Ermənilər qorxu içindədir”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə “Cümhur İttifaqı” parlament seçkilərində qalib gəlməyi artıq bacarıb.

Bu o deməkdir ki, yaxın gələcəkdə Türkiyə daha çox millətçiləşəcək və millətçi Türkiyə üçün Ermənistanla münasibətləri tənzimləmək daha çətin olacaq”.

Bunu yerli mətbuata müsahibəsində Türkiyə parlamentinin 27-ci çağırışının deputatı, erməni əsilli Qaro Paylan deyib.

Erməni deputat son seçkilərin nəticələrinin erməni ictimaiyyətinin gözləntilərini doğrultmadığını bildirib. O, Türkiyədə yaşayan ermənilərin qorxu içində olduğunu iddia edib.

“Biz bu seçkilər nəticəsində nəyinsə dəyişəcəyinə ümid edirdik, amma bu baş vermədi. Təəssüf ki, bu müddətdə ermənilər daha da susacaqlar”, - deyə Qaro Paylan qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti