"Bakı Qarabağın qarşılığında heç bir öhdəlik götürmədi"

15 May 2023 15:50 Gündəm 785
"Bakı Qarabağın qarşılığında heç bir öhdəlik götürmədi"

"Paşinyan dünən Brüsseldə keçirilən görüşdə birmənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı.

Bakı isə Qarabağın qarşılığında heç bir öhdəlik götürmədi".

Bunu erməni siyasətçi Avetik Çələbyan deyib.

“Bu, Paşinyanın dövlət xadimi kimi total məğlubiyyətidir. Bunun isə təkcə Qarabağ yox, eləcə də Ermənistanın sərhəd bölgələri üçün nəticəsi olacaq.

Bu, təkcə Qarabağın məhv edilməsinə yox, həmçinin Ermənistanın Azərbaycanla Türkiyə tərəfindən udulmasına gətirib çıxaracaq”, – o bildirib.

Çələbyan Paşinyanın Brüsseldəki bəyanatından dərhal imtina etməli olduğunu söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”